- Köhnə - Hadisə
- 15 Oktyabr 2013 12:42
- 1 410
Əfv sərəncamının icrası başa çatdı
M.Sadıqov deyib ki, məhkum olunmuş 134 nəfər azadlığa buraxılıb.
Qeyd edək ki, əfv sərəncamı 153 nəfərə şamil olunub. Onlardan 134 nəfəri azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan, 1 nəfər islah işləri cəzasından, 16 nəfər isə cərimə cəzasından azad edilib.
Xatırladaq ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və "Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də əfv olunanlar sırasındadır.
Bundan başqa, əfv olunanlar arasında 4 İran, 2 Banqladeş, 1 Rusiya, 1 Özbəkistan, 1 Gürcüstan və 1 Nigeriya vətəndaşı da var.
AzNews.az