- Köhnə - Hadisə
- 17 Oktyabr 2013 16:27
- 5 740
Əsirlikdə olan Gürcüstan vətəndaşı azad edildi

Bu barədə Allahverdi Pələngovun əmisi oğlu Ayaz Pələngov məlumat verib. Onun sözlərinə görə, Allahverdi Pələngov gözlənilmədən, heç bir xəbərdarlıq olunmadan həbsdən azad edilib.
Allahverdi Pələngovun hazırda Ermənistanla Gürcüstan arasında sərhəd keçid məntəqəsində olduğu, ölkəsinə keçmək üçün müvafiq prosedurlardan keçirildiyi bildirilir.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan və A. Pələngov sərhədi qanunsuz keçməkdə ittiham edilib.(apa)
AzNews.az