“Karvan” Ticarət Mərkəzi belə yandı – VİDEO+FOTO

Sumqayıtda sahibkar Agamirzə Axundova məxsus "Karvan" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Yanğın təxminən 19 radələrində başlayıb. Hadisə yerinə FHN-nin 15-dən cox yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə yerinə həmçinin Sumqayıt şəhər icra başçısı Eldar Əzizov və muavini Akif Quliyev də gelib. Yanğın ticarət mərkəzinin 70 faizini əhatə edib. Əldə etdiyimiz məlumata görə, 15 nəfər tüstüdən zəhərlənib. Satıcılara külli miqdarda ziyan dəyib. (axar.az)







AzNews.az