- Köhnə - Hadisə
- 28 Oktyabr 2013 11:05
- 5 152
Jurnalistlərin sevimli kafesində dava düşdü
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən "Araz" kafesində Bakıxanov qəsəbə sakini, 1986-cı il təvəllüdlü Şoropskiy Boris Anatoliyeviç münaqişə zəminində həmin kafenin işçisi, dönərçi, 1970-ci il təvəllüdlü Xanəhmədov İlqar Tofiq oğlunu döyüb. B.Şoropskiy 43 yaşlı dönərçinin baş nahisəyinə bir neçə ağır zərbə endirib.
İ.Xanəhmədov xəstəxanaya müraciət etməli olub.
Qeyd edək ki, hadisənin baş verdiyi kafe Fəvvarələr meydanında yerləşir. Kafe jurnalistlərin və ictimai fəal gənclərin sevimli yeri kimi tanınır.
AzNews.az