- Köhnə - Hadisə
- 4 Noyabr 2013 12:32
- 2 974
Sumqayıtda qumarxana aşkarlandı
AzNews.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də qeyd edilən ünvanda qumar oyunlarından əldə edilmiş 640 manat pul, maqnit informasiya yaddaş daşıyıcılarının iş masalarında "AZ novoaz-147" adlı onlayn pul (qumar) oyunları üçün nəzərdə tutulmuş proqramlar müəyyən olunduğu 1 ədəd "Toshiba Satellite" markalı "C875" modelli, 4 ədəd "HP" markalı "655" modelli və 2 ədəd "Lenovo" markalı "B590" modelli, cəmi 7 ədəd noutbuk tipli kompyuter, üzərində qumar oyunlarının oynanılması üçün kodların yazıldığı 23 ədəd vərəqə aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
AzNews.az