Müalicəyə gədən xalq artisti qardaş ölkədə konsert verdi Müalicəyə gədən xalq artisti qardaş ölkədə konsert verdi

Yalçın Rzazadənin müəmmalı Türkiyə səfəri

Müalicəyə gədən xalq artisti qardaş ölkədə konsert verdi


Xalq artisti Yalçın Rzazadə bu yaxınlarda Türkiyədən müayinədən qayıdıb. Səhhətinin qaydasında olduğunu deyən sənətkar AzNews.az-a açıqlamasında bildirib ki, Türkiyədə olarkən böyük bir konsert proqramı ilə çıxış edib: "Türkiyə də böyük bir konsert proqramı ilə çıxış etdim. Dünyanın nə qədər konsulları vardısa, hamısı həmin konsertdə idi. Konsertdən sonra qonaqların böyük əksəriyyəti mənimlə şəkil çəkdirdi. Sənətkara bundan artıq nə lazımdır? Kanalların iştirakı ilə mənə səfirimiz dövlət diplomunu təqdim etdi. Səfir çıxışında deyib ki, "Azərbaycanın ən böyük, ünlü sənətkarı Yalçın Rzazadə bu gün bizimlədir". Xalq artisti səhhəti imkan verməsə də yaradıcılığını davam etdirdiyini bildirib: "Bilirsiniz ki, ürəyim xəstədir. Amma yeni mahnılar üzərində işləyirəm. Bir neçə layihələrə imza atmışam. İmkan olsa bu layihələri sentyabrda həyata keçirəcəm".


Lalə

AzNews.az