Bakıda sərnişin avtobusu qatarla toqquşdu; yaralılar var (Yenilənib)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Onlardan birinə yerində ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Digər 5 yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 4-nün vəziyyəti orta-ağır, digər birinin vəziyyəti isə ağır qiymətləndirilir.

***
09:32
Bu gün Bakıda yol qəzası baş verib.

Trend-in verdiyi məlumata görə, hadisə Neftçilər prospektində, "Port Baku" biznes mərkəzinin yaxınlığında qeydə alınıb.

Sərnişin avtobusu yük qatarı ilə toqquşub. Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsindən faktı təsdiqləyiblər.

İlkin məlumata görə, hadisəyə avtobusun işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Qəza ilə əlaqədar yolda tıxac yaranıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Onlardan birinə yerində ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər yaralılar isə xəstəxanaya yerləşdirilib.

AzNews.az