Şəmkirdə qohum qohumun evini yandırdı

Şəmkir sakini qohumunun evini yandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 15-də Şəmkir rayonu Düyərli kənd sakini Azadə Qasımova oğlu Nicatla birgə aralarında yaranmış mübahisə zəminində Zəyəm qəsəbəsində yaşayan qohumu Hüseyn Allahverdiyevin evinə gəlib neftlə oranı yandırıb.

Yanğını söndürərkən H. Allahverdiyevin oğlu Tural yanıq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az