- Köhnə - Hadisə
- 20 Noyabr 2013 12:10
- 11 411
“Seks ticarəti qurbanları” ilə bağlı Rəsmi açıqlama

Bu məlumatlara aydınlıq gətirilməsi məqsədilə Respublikanın Daxili İşlər Nazirliyi qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib.
Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvar ayının 1-dən bugünədək Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməyib.
Daxili İşlər Nazirliyi belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökümət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran yoxlanılmamış, qeyri-obyektiv informasiyaları səsləndirməməyə çağırır.
AzNews.az