Daha bir altızolaqlı yol salınır- Bakıda

Bakıətrafı kənd və qəsəbələri birlşdirəcək daha bir yolun yenidən qurulması layihəsi davam etdirilir.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yenidən qurulan Qala-Şüvalan-Pirallahı yolunun uzunluğu 21,7km, eni isə 28metr təşkil edəcək.

Yolun 6,9 km hissəsi 6 hərəkət zolaqlı, 14,8 km-lik hissəsi isə 4 zolaqdan ibarət olacaq. Layıhə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulub. Artıq yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissəsdə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb. İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir.

Yolun 2014-cü ildə istismara verilməsi planlaşdırılır.


AzNews.az