- Köhnə - Hadisə
- 26 Noyabr 2013 10:15
- 5 397
Eldar Mahmudov da kadr islahatlarına başladı- Özəl
AzNews.az-ın məlumatına görə, nazirliyin Nərimanov rayon İdarəsinin rəisi Natiq Abuzərli təqaüd yaşına çatdığına görə pensiyaya göndərilib.
MTN-də başqa kadr dəyişikliklərinin aparıldığı da deyilir. Bundan əlavə xidmət müddəti başa çatan bir neçə əməkdaş isə təqaüdə çıxarılıb.
MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə AzNews.az açıqlamasında xəbəri təkzib etməyib və bildirib ki, təmsil etdiyi qurum xüsusi xidmət orqanı olduğundan, buradakı kadr dəyişikliyi ilə bağlı sualları cavablandırmağı məqsədəuyğun hesab etmir.
Azər
AzNews.az