Muğam ifaçısından Rəsulzadəyə hörmətsizlik

Bir neçə gün əvvəl unudulmaz sənətkar Səxavət Məmmədovun qardaşı Firuz Səxavət Axar.az saytına müsahibə verib.

Müsahibəyə əlavə olunmuş fotolar sonradan xanəndənin qardaşını ciddi narahat edib. Belə ki, Firuz Səxavətin fotolarının fonunda olan divardan Məhəmməd Əmin Rəsulzadənin portreti asılıb.

Müsahibə yayımlandıqdan sonra F. Səxavət redaksiyaya zəng edərək həmin şəkillərin saytdan yığışdırılmasını tələb edib. Sayt yazır: "Firuz Səxavət bunu "başının ağrıması", "tənqidlərə tuş gəlməsi" ilə əlaqələndirir və "karyerasına zərbə" kimi qiymətləndirir. Bu xahişə əvvəlcə etinasız yanaşsaq da, ardıcıl zəng və xahişlərdən sonra artıq təəccübümüzü saxlaya bilmədik və bunu ictimailəşdirmək qərarına gəldik. Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və ideoloqlarından biri kimi ölkəmizin tarixində şərəfli yer tutur. Bir neçə gün öncə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində və təmtəraqla keçirilməsi haqqında böyük rəğbətlə qarşılanan Sərəncam imzalayıb. M.Ə.Rəsulzadənin divardakı rəsminin altında "şəklinin görünməsi" kimlərə və nə üçün problem yarada, "karyerasının üstündən xətt çəkdirə" bilər? Böyük məmnuniyyətlə, Firuz Səxavətdən Rəsulzadənin kimliyinin dərkini yox, inadla o şəkilləri çıxarmaq istəyinin səbəbini daha aydın və açıq formada bildirməsini xahiş edirik".

AzNews.az
image description