Təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar 28 noyabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Ağstafa şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 11:00-dan 12:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 11:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 13:00-dan 14:00-dək Qazax rayonunun bir hissəsinə, saat 14:00-dan 15:00-dək isə Binəqədi rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzNews.az