İmişlidə uçan obyekt göründü- VİDEO

Azərbaycanın İmişli rayonu ərazisində səmada uçan obyekt görünüb.


Artıq bir neçə gündür ki, naməlum obyekt əsasən İran-Azərbaycan sərhədi ətrafında, səmada görünür. Rayon sakinləri bu obyektin İranın kəşfiyyat peyki olduğunu deyir.

Bu obyekt İmişli səmalarında 4-5 aydır hərdən uzaqdan görünürmüş. Bu gün isə daha da aydın və yaxından görünüb.

Tez-tez yerini dəyişən obyektin video görüntülərin təqdim edirik. /avropa.info/