47 yaşlı qadın dəm qazından zəhərləndi

Bu gün Xaçmaz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini 1966-cı il təvəllüdlü Əhmərova Zümdür Sədiyaq qızı dəm qazından zəhərlənib. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


AzNews.az