Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atıb - YENİLƏNİB

Şimali Koreya Yapon (Şərq) dənizinə 10 ballistik raket atıb.

Aznews.az xəbər verir ki, bu barədə Seulun Birgə Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Bu, Pxenyanın Cənubi Koreya-ABŞ hərbi təlimləri ilə bağlı xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verib.

Cənubi Koreya ordusunun açıqlamasında deyilir ki, Şimali Koreyanın Sunan bölgəsindən Yapon (Şərq) dənizinə doğru atılan təxminən on ballistik raket aşkar edilib.

***

09:33

Şimali Koreya tərəfindən ballistik raket atılıb.

Aznews.az xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ballistik raket Yaponiyanın müstəsna iqtisadi zonasının kənarında dənizə düşüb.

Qeyd edək ki, bundan əvvəl “Yonhap” agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən raketin şərq istiqamətində buraxıldığını xəbər verib.