- Köhnə - Hadisə
- 12 Dekabr 2013 08:05
- 4 934
Bakıya ilk qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, dekabrın 12-də ölkə ərazisində hava şəraiti soyuq və küləkli keçəcək. Havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək
Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq.
Dekabrın 13-də isə artıq hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Həmin gün Bakıda gündüz şimal küləyi mülayimləşəcək. Havanın temperaturu dekabrın 13-də gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.
AzNews.az