“Shaqman”ı aşıran sürücü qaçdı

Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrliyində baş verib.

Belə ki, qumla yüklənmiş "Shaqman" markalı yük avtomobili yolda təmir işləri aparıldığı üçün avtomobilin təkəri sürüşüb. Nəticədə sürücü idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Avtomobili aşıran sürücü hadisə yerindən qaçıb. Buna görə də polislər onun kimliyini müəyyənləşdirə bilməyiblər.

Qəza zamanı yolda müvəqqəti olaraq böyük tıxac yarandığı və az sonra qəzanın nəticələrinin aradan qaldırıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.


AzNews.az