Polisi döyən şəxslər saxlanıldı

Polis kapitanını döymüş Bakı şəhər sakinləri tutulublar.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rafiq Əliyev və Bayram Abbasov tutulublar.

Onlar yanvarın 29-da polis kapitanı Şahin Dadaşovu xidmətdən kənar vaxtı münaqişə zəminində döyməkdə təqsirli bilinirlər.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

AzNews.az