Qızın özünü yandırmasında təqsirli bilinən Əli Həbiblinin atası danışdı - VİDEO

Özünü yandıran Məlakə Bayramlının ittiham etdiyi Əli Həbiblinin ailəsi nəhayət ki, mətbuata açıqlama verdi. Atası Əbülfəz Həbiblinin ANS-ə verdiyi məlumata görə hadisələr heç də qız evinin təqdim etdiyi kimi cərəyan etməyib. Oğlunu bu məsələdə tam olaraq təqsirsiz sayan ata deyir ki, iki gənc arasındakı münasibətlərin dramatikləşməsində mərhumun şantajdan istifadə etməsi olub. Əbülfəz Həbibli onu da vurğuladı ki, artıq mərhum bir dəfə nişanlı olub və nişan oğlan evi tərəfindən qaytarılıb.

Əbülfəz Həbibli, Əli Həbiblinin atası: " Məlakə Bayramlı özü yaxınlaşıb nömrəsini verib ki, mənə zəng edərsən. Əli də ona zəng etməyib. Bir neçə gündən sonra yenidən yaxınlaşıb ki, niyə mənə zəng etmədin? O isə cavab olaraq bildirib ki, mənim vaxtım yoxdur, sənə zəng etməyə. Sonra bir neçə müddətdən sonra yazışıblar və danışmağa başlayıblar. Və bu yazışmalardan sonra Əlini şantaj edib ki, gedib hamıya deyəcəm ki, sən mənimlə zorlama münasibətdə olmusan, hamilə qalmışam. Biz isə bu məsələnin üzərinə düşdük, ekspertizada müəyyən edildi ki, zorlanma olmayıb. Və bu qız, bu yaşa qədər heç vaxt hamilə olmayıb. Bu məsələlər hamısı araşdırılır, öyrənilir. Qızın bir neçə oğlanlarla danışığı, intim sms-ləri, görüşmələri və s. sübutlar var. Hərbi Prokrorluğun əlində faktlar var ki, zorakılıq vaxtı olmayıb. Əlinin əl izləri qızın bədənində tapılmayıb. Onların ümumiyyətlə münasibəti olmayıb, qaldı ki, zorlama halı. Mən Azərbaycanın qanununa inanıram".

Xatırladaq ki, Məlakənin valideynləri isə bu məsələdə məhs Əli Həbiblini günahlandırırlar. Artıq fakt Baş Prokurorluqda araşdırılır. Hər halda istintaq gerçəkləri üzə çıxaracaq.




AzNews.az