Azərbaycanda çevriliş planlayan şəxsin qardaşı öldürüldü- FOTO

Türkiyədə ötən əsrdə 90-cı illərində Azərbaycanda dövlət çevrilişi planının təşkilatçısı olaraq tanınan Fərman Dəmirkolun qardaşı öldürülüb.


Anspress-in verdiyi məlumata görə, Coşqun Demirkol ötən gün baş verən silahlı insident nəticəsində qətlə yetirilib.

O, Türkiyənin hakim partiyası olan AKP-nin Beylikdüzü bələdiyyə məclisinin üzvlüyünə namizəd olub. Məlumata görə, hadisənin heç bir siyasi əsası yoxdur və iki tərəf arasında olan şəxsi münasibətlərdən qaynaqlanıb.

Hadisə AKP seçki koordinasiya mərkəzinin qarşısında qeydə alınıb. Binadan çıxan C.Demirkol bələdiyyədə işləyən bir işçinin atası ilə mübahisə etməyə başlayıb. Mübahisə böyüdükdə isə adı açıqlanmayan şəxs silahını çıxararaq namizədi güllələyib.

Bəzi məlumatlara görə, isə 54 yaşlı kişi küçədə birlikdə yaşadığı qadınla mübahisə edib. Binadan çıxan C.Demirkol onları ayırmaq istəyib. Nəticədə o kişinin silahından çıxan güllənin hədəfi olub.

Xəstəxanaya çatdırılan Dəmirkol həkimlərin bütün səylərinə baxmayaraq keçinib. Hadisə yerindən maşınla qaçan şəxs polis tərəfindən saxlanılıb.

AzNews.az