- Köhnə - Hadisə
- 25 Fevral 2014 12:28
- 7 616
Naxçıvan şəhərinə yeni rəis təyin olundu

AzNews.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Şəhəri Polis İdarəsinə yeni rəis təyinatı aparılıb. Bu vəzifəyə Babək rayon Polis idarəsinin keçmiş rəisi polis polkovniki Cavid Qasımov gətirilib.
Xatırladaq ki, uzun illər Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Novruzovun MR-in Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra onun yeri boş qalmışdı.
Yeni təyin olunan Cavid Qasımov Naxçıvan MR-in Daxili İşlər naziri Əhməd Əhmədovun kadrı hesab olunur. Məlumata görə, Cavid Qasımov vəzifəyə təyin edildikdən sonra İdarədə ciddi kadr dəyişikliyi aparıb.
İlqar
AzNews.az