Əsgərin əlində mina partladı

Azərbaycanda hərbi hissədə insident olub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 20 yaşlı Elmir Əkrəm oğlu Hüseynlinin əlində piyada əleyhinə minanın alışdırıcısı partlayıb.

Nəticədə iki barmağını itirən əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, E. Hüseynli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AzNews.az