Bakıda “Mercedes“ səddə çırpıldı: sürücü öldü

Bakıda avtomobil səddə çırpılıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq yolayrıcı səddə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Deformasiya uğramış avtomobildə aldığı bədən xəsarətləri nəticəsində sürücü 1962-ci il təvəllüdlü Cəfərov İlqar Rəhim oğlu hadisə yerində keçinib.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az