Bu gün qar yağacaq- Proqnoz

Bu gün ölkə ərazisində buludlu və yağıntılı hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntı olacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava bundan da pis olacaq. Bölgələrdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında atmosfer təzyiqi kəskin yüksələcək, şimal küləyi güclənəcək ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Belə vəziyyət martın 14-ü gündüz saatlarına kimi davam edəcək.

AzNews.az