Metronu su basdı - 1 nəfər öldü

Bu gün saat 17:08 - də Moskva metrosunda faciə baş verib.

AzNews.az İTAR TASS - a istinadən xəbər verir ki, "Pervomayski" stansiyası ilə "İzmaylovskaya" stansiyasının arasında su kəmərində qəza baş verib. Bu da qatarların hərəkətinin və stansiyaları subasmasına səbəb olub. Problemi həll etmək istəyən Metro əməkdaşlarından biri həyatını itirib. Belə ki, su kəmərindəki axıntının qarşısını almağa çalışan fəhlə - qaynaqçı qəfil baş verən su fontanın qurbanı olub. Güclü su şırnağı işlədiyi xəndəyi doldurub və o boğulub.


Əli
AzNews.az