- Köhnə - Hadisə
- 24 Mart 2014 08:39
- 2 176
Sürücülərə müraciət: alternativ yollardan istifadə edin

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
AzNews.az "İS.İNG" MMC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, sürət tabloları üçün nəzərdə tutulan portalın quraşdırılması işləri ilə əlaqədar olaraq saat 08:00-dan etibarən, Heydər Əliyev prospektində (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Quraşdırılma işlərinin təxminən, saat 15:00-da yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.
AzNews.az