- Köhnə - Hadisə
- 30 Mart 2014 13:18
- 5 311
Külək beşmərtəbəli binanın dam örtüyünü qoparıb - Sakinlər təhlükədə

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaradıb.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırıblar.
AzNews.az