- Köhnə - Hadisə
- 1 Aprel 2014 11:35
- 4 177
"Topaz"dan 3700 manat pul oğurlandı

Daxili İşlər Nazirliyindən (DİN) AzNews.az-a verilən məlumata görə, Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş Elxan İskəndərova məxsus "Topaz" mərc oyunları məntəqəsindən qapının qıfılının sındırılması yolu ilə 3700 manat pul oğurlanıb. İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Çingiz İmanov adlı şəxs olduğu müəyyən edilərək yaxalanıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
AzNews.az