- Köhnə - Hadisə
- 2 Aprel 2014 13:45
- 3 764
Krediti vaxtından əvvəl ödədiyi üçün cərimələndi
"Dəmirbank"la həmin mağazanın əməkdaşlığı olduğundan yerindəcə kredit məsələsi həll olunub: "Yəni mən 24 ay müddətinə məhz "Dəmir bank"a 41 dollar ödəməliydim. Bu da hardasa 32-33 manat edir. İndiyə kimi krediti vaxtında ödəmişəm. Sonuncu dəfə isə yanvar ayında "Dəmirbank"ın "Texno" marketdə yerləşən nümayəndəliyinə 100 manat ödəmişəm. Bu məbləğ kreditimin üç ayını tam ödəyir. Bu gün həmin bankın Sumqayıt filialından zəng edib bildirirlər ki, 17 dollar əlavə faiz ödəməliyəm. Səbəbini soruşanda bildirdilər ki, bu faiz krediti vaxtından əvvəl ödədiyimə görədir. İlk dəfədir belə bir halın şahidi oluram. Krediti vaxtından əvvəl ödəyəndə müştəriyə güzəşt edərlər. Görəsən doğrudanmı Azərbaycan qanunvericiliyində belə bir şey var? Əgər varsa, deməyə söz tapmıram".
AzNews.az