“Qanun”un cərimələnməsinin gizlinləri məlum olur


Vergilər Nazirliyi də kitab nəşri və yayımı ilə məşğul olan şəbəkə yaradacaq. Elə "Qanun" nəşriyyatında aparılan yoxlama və 150 minlik cərimə də bununla bağlıdır.

AzNews.az xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu özünün Facebook hesabında yazıb. Onun sözlərinə görə, şəbəkə Metronun "Elmlər Akademiyası" stansiyası ətrafında açacağı böyük bir kitab dükanı ilə fəaliyyətə başlayacaq: "Bu həm də ondan xəbər verir ki, daha bir oliqarx meydana gəlib".

Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən təzyiqlərə məruz qalan "Qanun" nəşriyyatı qurum tərəfindən böyük məbləğdə (150 min manat) cərimələnib.

İntiqam Valehoğlu
AzNews.az