Xəbər verdiyimiz kimi, bir müddət öncə Sumqayıtda 10-cu mikrorayonun sakinləri ərazinin Babək küçəsi hissəsində obyekt tikintisi və bu tikintinin sakinlərin gediş-gəliş yolunun kəsməsi səbəbindən etiraz aksiyası keçirmişdilər. Sakinlər sahibkara etirazlarını ərazidə ağac əkməklə bildirmişdilər. Ötən gün isə ağaclar sahibkar tərəfindən kökündən çıxarılıb. 10-cu mikrorayon sakinlərinin buna etiraz etməsi isə polisin müdaxiləsi ilə nəticələnib. Polis narazı sakinləri hadisə yerindən uzaqlaşdırıb. Hazırda ərazidə 2 post-patrol xidməti maşını var və ərazidə polis əməkdaşları keşik çəkirlər.(xeberle.com)
Mövzu ilə bağlı videonu
BURADAN izləyə bilərsiniz.
AzNews.az