Bakıda toyda mini yubkaya görə dava düşdü

Bakıda keçirilən toyda kütləvi dava düşüb.

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, iki gün əvvəl "Ellada" şadlıq sarayında baş verən davada onlarla qonaq iştirak edib. Davaya qonaqlardan birinin masada oturan qısa ətəkli xanıma söz atması səbəb olub. Qız da bu barədə qohumuna məlumat verib.

Dava polis gəlmədən sakitləşdirilib.

Toy sahiblərinin seyid nəslindən olduqları deyilir.

AzNews.az