Müdafiə Nazirliyində nə baş verir?- Generallardan biri ölkəni tərk etdi

Azərbaycanın hərbi generallarından biri Moskvaya gedib.

Bu barədə azadliq.info xəbər yayıb. Reaksiyaya daxil olan məlumatlarda bildirilir ki, həmin generalın Moskvaya getməsi rəsmi və ya işgüzar səfər deyil. Sadəcə adını hələlik açıqlamadığımız generalla Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqov arasında mübahisə yaranıb.

Bu mübahisə generalın Azərbaycanı tərk etməsinə səbəb olub. Onun geri qayıdıb-qayıtmayacağı və nədən məhz Moskvaya getdiyi bəlli deyil.

Məlumatda bildirilir ki, həmin generalla Nəcməddin Sadıqovun münasibətlərində həmişə gərginlik müşayiət olunub. Hansısa səbəbdən baş qərargah rəisi bu şəxsə qarşı aqressiv olub. Sonuncu dəfə isə general artıq dözməyib və işləmək istəmədiyini deyərək Azərbaycanı tərk edib.

AzNews.az