Bakıda 9 maşın toqquşdu, yaralılar var (FOTOLAR)

Bakının Qaradağ rayonunda 9 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

APA-nın məlumatına görə, əvvəlcə "Mercedes" markalı yük maşını ilə "Kamaz" toqquşub. Daha sonra arxadan yüksək sürətlə gələn biri sərnişin mikroavtobusu olmaqla 7 avtomobil yük maşınlarına çırpılıb.

Qəza zamanı yük maşınlarının sürücüləri ağır, digər avtomobillərin sürücüləri isə yüngül yaralanıblar. "Kamaz"ın sürücüsünü deformasiyaya uğrayan kabinədən çıxarmaq xeyli çətin olub.

Dərhal hadisə yerinə Dövlət Yol Polisinin Qaradağ Rayon Şöbəsinin əməkdaşları gəliblər. Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən kənarlaşdırılıb. Magistral yolda nəqliyyatın hərəkəti normala qayıdıb.

Yük maşınlarının yaralı sürücüləri isə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Digər yaralılara isə hadisə yerinə gələn təcili yardım maşınlarında ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
image description image description image description image description image description