Bakıda çay evini sel apardı - VİDEO

Bakıda çay evini su basıb.
ANS TV-nin məlumatına görə, paytaxtın Nəsimi rayonu, Mətbuat prospekti 64 ünvanındakı binanın zirzəmisində yerləşən çay evini naməlum səbəbdən su basıb. Obyekt sahibinin dediyinə görə, bu hadisə artıq son 5 gündür ki, baş verib.

Suyun haradan gəlməsini araşdırmaq üçün usta baxışı da keçirilib. Məlum olub ki, su binanın ikinci mərtəbəsində yerləşən mənzilin borusundan gəlir. Buna görə də sahibkar elə həmin mənzilə üz tutub ki, problemi həll etsin. Ancaq mənzil sahibi qapını açmayıb.

Sahibkar Elvin Qafarov bildirb ki su üst qatdan gəlir və obyektə həddinddən çox ziyan dəyməmiş bunun qarşısını almaq lazımdır.

O, çarəsiz qalıb obyektin sığortlandığı şirkət nümayəndəsini çağırıb. Nümayəndənin də cəhdi boşa çıxıb. Şirkət nümayəndəsi İlkin İbrahimov ev sahibinə qarşı iddia qaldırılacağını deyib.

Çəkiliş qrupunu görən ev sahini qapını açaraq evindən heç bir yerə su axa bilməyəcəyini deyib.

Çay evinin su basmasının səbəbləri isə sabah mənzilə baxış zamanı məlum olacaq.

AzNews.az