Qadının qolu unitaza sıxışdı- Video

Sumqayıt sakini 57 yaşlı qadının qolu unitazın içərisində qalıb.

AzNews.az xezerxeber.com-a istinadən məlumat verir ki, hadisə yerinə çağrılan xilasedicilər də heyrətə gəliblər.

Sumqayıt şəhəri, 26-cı məhəllədə bir yataqxanada yaşayan 57 yaşlı Abutel Bağırovanın qolu tualetdə unitaza sıxışıb. 112 qaynar xəttinə qadının köməksiz vəziyyətdə qalması barədə məlumat verilən kimi xilasedicilər hadisə yerinə gəlib.

Məlum olub ki, mənzildə tənha yaşayan Abutel Bağırova unitaza düşən ev açarlarını çıxararkən sol qolu sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qadını xilas etməyə başlayıblar.

Bu proses düz 2 saat yarım çəkib. Xilasedicilərin çətin səyləri nəticəsində qadının qolu unitazdan çıxarılıb. Xilasedicilər ilk dəfə belə halla qarşılaşdıqşlarını qeyd ediblər.



AzNews.az