Sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan ailələrdən biri jurnalist ailəsidir. Sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan ailələrdən biri jurnalist ailəsidir.

Xırdalandakı partlayışda jurnalist və ailəsi də xəsarət alıb

Sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan ailələrdən biri jurnalist ailəsidir.



AzNews.az modern.az-a istinadən xəbər verir ki, bu, "Aztelekom" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Vidadi İsmayılovun ailəsidir.

Hadisə nəticəsində Vidadi İsmayılovun bədəninin 90%-i yanıb, həyatı təhlükə altındadır. 42 yaşlı Vidadi İsmayılov və onun 13 yaşlı oğlu Yunus İsmayılov (bədənin 30%-i yanıb) Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İsmayılovlar ailəsinin daha 3 üzvü hadisə nəticəsində xəsarət alıb.

"Ailədə olan 5 nəfərin hamısı xəsarət alıb. Vəziyətləri ağırdır. Kimisi yanıb, kimisi əzilib". Bu barədə Vidadi İsmayılovun qardaşı məlumat verib.

Tənəffüs yolları yanmış Vidadi İsmayılov reanimasiyadadır, həkimlər onun həyatının təhlükədə olduğunu bildiriblər.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Qarabağ müharibəsinin iştirakçısı olub.



AzNews.az