- Köhnə - Hadisə
- 16 Sentyabr 2014 08:26
- 2 007
ATƏT nümayəndələri Goranboya gedir

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
AzNews.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik-leytenant Tuncay Sevim keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik Markus Uidmer keçirəcəklər.