- Köhnə - Hadisə
- 20 Sentyabr 2014 08:23
- 3 355
Çayda boğulan azyaşlının meyiti çıxarıldı

Çayda batan Fərid Qədirovun cəsədi tapılıb.
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, ötən gün Qudyalçay çayının Quba rayonu ərazisindən keçən hissəsində batmış 2006-cı il təvəllüdlü Fərid Qədirovun axtarışları başa çatıb. F.Qədirovun cəsədi FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:33-də başa çatıb.
AzNews.az