- Köhnə - Hadisə
- 22 Sentyabr 2014 18:16
- 4 418
Sabirabadda ağır yol qəzası- 21 yaşlı sürücü öldü
Sabirabadda ağır yol qəzası baş verib.
"Qafqazinfo"nun məlumatına görə, avtomobil qəzası rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı "Qazel"lə "Kia" markalı minik maşını toqquşub.
Qəza nəticəsində "Kia"nın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib, digər maşının sürücüsü isə yaralanıb.
Mərhumun şəxsiyyəti artıq müəyyənləşdirilib. O, 21 yaşlı Faiq Qarayevdir.
AzNews.az