- Köhnə - Hadisə
- 4 Noyabr 2014 14:32
- 6 534
Aşura Cəlilabadda - VİDEO
Cəlilabad cümə məscidində keçirilən Aşurada xeyli insan iştirak edib.
AzNews.az xəbər verir ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) sevimli nəvəsi İmam Hüseyin və 72 tərəfdarının qətlə yetirildiyi söylənən mərsiyəllərlə yad edilib.
Cəlilabad cümə məscidinin axundu Hacı Mahmud Əsgərovun sözlərinə görə, İmam Hüseyin şəhidlik məktəbi gənc nəsil üçün böyük bir örnəkdir.
Qeyd edək ki, Aşura mərasimi ilə bağlı bütün ölkə ərazisində olduğu kimi Cəlilabad rayonunda da polis gücləndirilmiş iş rejimində faəliyyət göstərib. Təziyyə mərasiminə gələnlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə rayonun bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bağlanıb.
AzNews.az