Kürdəmirdə bir avtobus və iki avtomobil toqquşub. Kürdəmirdə bir avtobus və iki avtomobil toqquşub.

Kürdəmirdə ağır qəza- 1 ölü, 4 yaralı

Kürdəmirdə bir avtobus və iki avtomobil toqquşub.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Bakı-Qazax yolunun 195-ci kilometrliyində sahibləri məlum olmayan "Mercedes-Vita" markalı mikroavtobusla "Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub.

Nəticədə "VAZ" markalı minik avtomobilində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardım avtomobilinə mindiriliblər. Yol kənarına düşmüş meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən götürülərək aidiyyəti qurumlara təhvil verilib.

Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən təhqiqat aparılır.