- Köhnə - Hadisə
- 3 Aprel 2015 14:11
- 3 020
Avtomobillərdən sənəd oğurladı və tutuldu
Martın 10-da Şirazi İsgəndərova məxsus "Mercedes" markalı avtomobildən sənəd oğurlanıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində bəlli olub ki, hadisəni Sabirabad rayon sakini Pərviz Hüseynli törədib.
O, Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən ələ keçirilib. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bəhram Əhmədova, Akif Quliyevə, Elşən Cəfərova, Məhərrəm Hüseynova, Qorxmaz Əliyevə məxsus avtomobillərdən, habelə Hicran Şahsuvarovaya məxsus gözəllik salonundan və Elnur Əsədova məxsus çay evindən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.