Ramil Usubovdan yeni təyinat - Nazir müavininin qardaşı rəis göndərildi

Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb.

Cəmil Əmirov bundan əvvəl Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Daxili işlər nazirinin digər əmri ilə Şəmkir Rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.

DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Cəmil Əmirov Vergilər Nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır.