Ağdamda ev yandı

Ağdamda yaşayış evi yanıb.



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Ağdam şəhərində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az