Bakıda yol polisi qəzaya səbəb oldu – Avtomobil bir neçə dəfə aşdı

Bü gün Bakının Bülbül prospektində minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı hadisəni görən şahidlər verib.

Onların sözlərinə görə, qəza 10 YP 597 dövlət nömrə nişanlı avtomobillə xidmət aparan yol polislərinin səhvi ucbatından baş verib.

Belə ki, polislər Bülbül prospektində 90 PL 116 dövlət nömrə nişanlı "KİA Cerato" markalı minik avtomobilini qovurmuş.

Nəticədə sürətlə hərəkət edən "KİA Cerato" Süleyman Rəhimov küçəsinə dönən zaman idarəetməni itirərək səkiyə çırpılıb və bir neçə dəfə aşıb.

Xoşbəxtlikdən ölüm olmayıb.

Sürücü və 3 sərnişin ərazidə olan şəxslər tərəfindən avtomobildən çıxarılıb, ilkin tibbi yardım göstərilib.

Vüqar
AzNews.az