Xaçmaz və Cəlilabadda yaşayış evlərində yanğın oldu

Xaçmaz və Cəlilabad rayonlarında yaşayış evlərində yanğın baş verib.



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Alıcqışlaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaq və aynəbənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 kv.m, birinci mərtəbəsində taxta konstruksiyalardan ibarət aynabənd 19 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 440 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd mebel dəsti yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az