- Köhnə - Hadisə
- 23 İyun 2015 12:58
- 2 886
“Titanik”in bəstəkarı öldü
“Titanik”, “Ağıl oyunları”, “Cəsur ürək” filmlərinin “Oskar”lı bəstəkarı Ceyms Horner aviaqəza nəticəsində dünyasını dəyişib.
AzNews.az axşam.az-a istinadən xəbər verir ki, hadisə Los-Ancelesdən 160 kilometr şimal-qərbdə, Santa-Barbara şəhərində baş verib.
"S-312 Tucano" adlı şəxsi təyyarəsi ilə uçuş həyata keçirən Ceyms idarəetməni itirib və təyyarə iki yerə bölünüb. Daha sonra isə partlayış baş verib. Hadisənin detalları polis tərəfindən araşdırılır.
Qeyd edək ki, Ceyms Hornerin ölüm xəbərini sosial şəbəkədə katibi yayıb