- Köhnə - Hadisə
- 15 İyul 2015 14:24
- 7 310
Eyvanda asılı qalan uşaq hamını qorxutdu – VİDEO
Eyvanda oynayarkən bədəni dəmir barmaqlıqların arasına girən kiçik uşaq uzun müddət başından asılı qalıb.
AzNews.az xəbər verir ki, hadisə Çində qeydə alınıb.
2-ci mərtəbənin eyvanından sallanan kiçik uşaq küçədəki hər kəsə qorxulu anlar yaşadıb.
Eyvanın dəmir barmaqlıqları arasında başından asılı qalan uşağı xilas etmək üçün hər kəs səfərbər olub. Ancaq yalnız bir nəfər binanın kənarından dırmaşaraq uşağın yanına qalxmağı bacarıb.
Bütün bunlar telefonla videoya çəkilib.